XİN: İstanbulda terror aktında Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması faktı araşdırılır

13:26 - 7 İyun 2016 - Xəbər

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də verilən məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır.Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib. 
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun  Veznecilər məhəlləsində ard-arda 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.  NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.

Xəbər xətti