Şəmkirdə 2 uşaq atasının intihar etməsinin səbəbi açıqlanıb

16:51 - 6 İyun 2016 - HADİSƏ

 Şəmkir rayon sakininin intiharının səbəbi açıqlanıb. “Report”un Qərb bürosunun məlumatına görə, rayonun Sabirkənd kəndinin sakini, 1965-ci il təvəllüdlü Elmar Heydərov uzun zamandır şiddətli baş ağrılarından əziyyət çəkirmiş. İlkin ehtimala görə, intihara da onun bu ağrılara dözə bilməməsi səbəb olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Qeyd edək ki, E.Heydərov ailəli olub, iki övladı var.
Xatırladaq ki, E.Heydərov yaşadığı evdə ov tüfəngi ilə başına atəş açaraq özünü öldürüb.

Xəbər xətti