Ana səhifə
21 Sentyabr 2018

Kobanidə küçə döyüşləri gedir

Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərində kürd döyüşçüləri ilə İslam Dövləti (İD) yaraqlıları ilə arasında küçə döyüşləri gedir. Xəbər agentliklərinin məlumatına görə, cihadçılar oktyabrın 6-da tankların köməyi ilə şəhərin şərq hissəsinə girə biliblər. 

Dünən səhərdən İD cihadçılarının qara bayraqları Kobaninin şərq kənarındakı binalar üzərində görünüb.

Kürd döyüşçüləri İD-ə qarşı vuruşan ABŞ koalisiyasını çağırıb ki, hava hücumlarını artırsın. Döyüşçülər ötən həftəki hücumların yetərli olmadığını deyirlər.

Cihadçıların hücumu 3 həftə öncə başlayıb. Türkiyənin baş naziri Əhməd Davudoğlunun sözlərinə görə, nəticədə 185 min dinc sakin sərhədi keçməli olub.

 

Tarix
7 Oktyabr 2014 [12:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin