Gəncədə antenna quraşdıran gənc hündürlükdən yerə yıxılıb

09:05 - 5 İyun 2016 - HADİSƏ

 Gəncə şəhərində bədbəxt hadisə baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a verilən məlumata görə, gecə saatlarında müəssisəyə döş qəfəsi və qarın nahiyələrinin travması xəsarəti ilə yaralı gətirilib. 1991-ci il təvəllüdlü yerli sakin Səməd Həsənova dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib.

S.Həsənov hüdür yerdə çanaq antennası quraşdıran zaman ehtiyatsız davranıb və yerə yıxılaraq xəsarət alıb. Həkimlər hazırda onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Xəbər xətti