Şabranda "Kamaz" və "Ford" ​toqquşub

09:07 - 4 İyun 2016 - HADİSƏ

Şabranda iki yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonu ərazisində "Kamaz" və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, dərhal nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunmuş, "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:32-də başa çatıb.

Xəbər xətti