Bakıda içərisində xəstə olan “Təcili tibbi yardım” avtomobili qəzaya düşüb

18:08 - 3 İyun 2016 - HADİSƏ

 Bakıda "Təcili tibbi yardım" avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  Hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.  10 JD 716 dövlət nömrə nişanlı "Təcili tibbi yardım" maşını dönmə icazəsi olmayan yerdən dönmə manevri edərkən "Mitsubishi Pajero" markalı 90 DL-737 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsatər alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hadisə şahidlərindən birinin sözlərinə görə, "Təcili tibbi yardım" maşınında xəstə olub. 

Xəbər xətti