Prezident İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırım ilə təkbətək görüşüb

15:24 - 3 İyun 2016 - Xəbər

 Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
Türkiyənin baş naziri vəzifəsinə seçildikdən sonra Binəli Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti vurğulanıb. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti