Ana səhifə
22 Sentyabr 2018

ADİHİ rəhbəri ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzey Kaspşik ilə görüşüb

Əhməd Şahidov kəlbəcərli əsirlərlə bağlı narahatçılığını ATƏT rəsmisinə çatdırıb

Ucnoqta.az xəbər verir ki, noyabrın 4-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunmuş beynəlxalq konfransı öz işinə başlayıb. BMT baş katibi Ban Ki Mun, ATƏT rəhbərliyi, üzv dövlətlərinin rəsmi şəxsləri və diplomatların qatıldığı tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.

Konfransın gedişi zamanı ADİHİ rəhbəri Əhməd Şahidov ilə ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzey Kaspşik arasında qısa görüş olub. Ayaqüstü baş tutan görüş zamanı ADİHİ rəhbəri ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə toxunub və konfliktin sülh yolu ilə həll olunmasının zəruriliyini vurğulayıb. Ermənistan tərəfinin sülh danışıqlarında maraqlı olmadığını diqqətə çatdıran ADİHİ rəhbəri kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahabz Quliyev barədə danışıb və ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzey Kaspşikə bu haqda Azərbaycan ictimaiyyətinin narahatçılığını çatdırıb. Məsələ ilə bağlı maraqlanacağını deyən ATƏT rəsmisi münaqişə ilə bağlı şəxsi fikirlərini bölüşüb.

Tarix
4 Noyabr 2014 [18:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin