Türkiyənin yeni baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında B.Yıldırımı Azərbaycan rəsmiləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıb.
Səfər zamanı B.Yıldırım Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək, eləcə də mühüm regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, B.Yıldırım Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mayın 22-də keçirilən qurultayında AKP-nin sədri seçilib. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğna 65-ci hökuməti formalaşdırmağı B.Yıldırıma tapşırıb. Bununla da B.Yıldırım Türkiyənin baş naziri olub.
Ənənəvi olaraq, Türkiyə baş naziri ilk xarici səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycan Respublikasına edir.