Prezident "Azərişıq"la bağlı sərəncam imzaladı

16:49 - 2 İyun 2016 - Xəbər

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” sərəncamında dəyişiklik edib. AzərTAc-ınn xəbərinə görə, dəyişikliyə əsasən, sərəncamın 1.4-cü bəndi ləğv olunub.
 Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər”inin 63-65-ci sıralarında “Əsas icraçı” sütununa “Azərenerji” ASC” sözlərindən sonra “, Azərişıq” ASC” sözləri əlavə edilib. 

Xəbər xətti