Neftçalada itkin düşən rayon sakini tapılıb

09:05 - 2 İyun 2016 - HADİSƏ

 Ötən gün Neftçala rayonunun Mirqurbanlı kəndində bədbəxt hadisə baş verib. “Report” xəbər verir ki, 78 yaşlı kənd sakini Şirməmməd Şirqasım oğlu Əhmədov səhər saatlarında heyvanatı otlağa aparıb. Axşam tərəfi qoyunlar geri dönsə də o, evə qayıtmayıb.
Bundan narahat olan doğmaları səhərə kimi onu axtarıblar. Bu gün səhər saatlarında yaşlı kişi örüşdə uzanmış vəziyyətdə tapılıb. Şirməmməd Əhmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yaşlı kişinin beyninə qan sızdığı məlum olub.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəbər xətti