İyunun 15-17-də Belarusiyanın paytaxtı Minsk şəhərində Avrasiya və MDB regionu onkoloq və radioloqlarının IX qurultayı keçiriləcək. Nəinki Azərbaycanda, həm də dünyada onkologiya sahəsi üzrə tanınmış mütəxəssis - Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da bu qurultaya dəvət olunub. Əhliman Əmiraslanovun qurultayın gedişində onkoortopediya bölməsinə sədrlik edəcəyi nəzərdə tutulub. Qurultayda tibbin onkologiya və radiologiya sahələri üzrə dünyada tanınmış mütəxəssislərin iştirak edəcəyi gözlənilir. Qurultay günlərində aktual mövzular üzrə məruzələr oxunacaq, elmi müzakirələr aparılaraq təcrübə mübadiləsi ediləcək.
Qeyd edək ki, qurultayın təşkilatçısı Avrasiya və MDB regionu Rentgenradiologiya və Onkologiya İnstitutları və Mərkəzlərinin Direktorlar Assosiasiyasıdır. Budəfəki qurultay assosiasiyanın yaradılmasının 20 illik yubileyi ilə üst-üstə düşür. Bu assosiasiyanın ilk təşkilatçısı tanınmış onkoloq, akademik N.N.Trapeznikov olub.
Elmin