“Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyası təsis olunacaq

18:17 - 1 İyun 2016 - Xəbər

Türkiyə, İsrail, Ukrayna, İran, Belarus, Rusiya, Qazaxıstan, Ermənistan, Gürcüstan və Azərbaycan QHT-lərinin iştirakı ilə “Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçiriləcək. Bu barədə Lent.az-a daxil olan məlumatda bildirilir ki, təsis konfransı sabah – iyunun 2-də saat 11-də baş tutacaq.
Konfransda 1976-cı ildə istifadəyə verilmiş və artıq istismar müddəti bitmiş Metsamor AES-in region üçün törətdiyi təhlükə ilə bağlı yerli və beynəlxalq ekspertlərin məruzələri dinləniləcək.
Toplantının sonunda Metsamor AES-in bağlanmasına nail olmaq üçün koalisiya yaradılacaq və beynəlxalq ictimaiyyətə müraciət qəbul olunacaq.

Xəbər xətti