Lənkəranda ağır yol qəzası: "Shacman" "VAZ-2106" ilə toqquşub, xəsarət alanlar var

17:19 - 1 İyun 2016 - HADİSƏ

 Lənkəran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Lüvəsər kəndi ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayonunun Balakürd kənd sakini, 1977-ci il təvəllüdlü Camali Alış oğlu Alışanov idarə etdiyi "Shacman" markalı  99-JL-607 dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə hərəkətdə olan zaman, Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1973-cü il təvəllüdlü Pəhləvan Xanrza oğlu Rzayevin idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə toqquşub. 

Nəticədə minik maşınının sürücüsü və onun sərnişinləri - Lənkəran rayonunun Lüvəsər kənd sakinləri 16 yaşlı Məleykə Rafəddin qızı Talehzadə və 15 yaşlı Ulduz Teymur qızı Əliyeva müxtəlif dərəcəli bədən xasarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Xəstəxanadan "Report"a bildirilib ki, hər üç yaralanın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırmalara başlanıb.report

Xəbər xətti