Ana səhifə
24 Sentyabr 2018

“Bacımı həbsə salan məmur üzr istədi” - əməkdar artist

Əməkdar artist Firuzə İbadova bacısı, aktrisa Rəhilə İbadovadan danışıb. 

Ucnoqta.azxəbər verir ki, “Düzünü desək” verilişinin qonağı olan müğənni bacısının günahsız yerə 7 il həbs olunduğunu deyib:

“Evini əlindən almışdılar, gedib şikayət etdi. Amma bunu günahlandırıb, tutdular. Onu günahlandıran, həbsə salan məmur sonra gəlib üzr istədi. Dedi ki, bilirəm günahsızsan, bunu etməliydim, haqqını halal elə. İndi o məmurun özü həbsdədir. Yenidən məhkəmə quruldu, onun günahkar olduğu ortaya çıxdı, qərar verildi ki, bacımın pulu da, evi də qaytarılsın. Amma bu nəyə lazım idi ki... Bu insanın ləyaqəti getdi. 38 illik aktrisa sənəti var idi, onu sevirdilər. Biz uşaqlıqdan bu günə kimi haram yeməmişik”.(Axşam.az)

 

Tarix
4 Noyabr 2014 [21:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin