Uorlik: Minsk qrupu prezidentlərin görüşünün iyunda keçiriləcəyinə ümid edir

14:54 - 1 İyun 2016 - SİYASƏT

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə görüşünün iyunda keçiriləcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Tvitter" mikrobloqunda yazıb. O qeyd edib: "Azərbaycanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması məsələsi üzrə vacib danışıqlar apardıq. Biz iyunda prezidentlərin görüşəcəyinə ümid edirik". 

 

Xəbər xətti