Bu gecə Bakıda iki küçə bağlanacaq - XƏBƏRDARLIQ

18:25 - 31 May 2016 - Xəbər

Rənglənmə işləri ilə əlaqədar bu gecə iki küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.
Bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Xəbər xətti