Zaqatalada əməliyyat: vəzifəli şəxslər saxlanılıb

18:21 - 31 May 2016 - Xəbər

Zaqatalada xüsusi əməliyyat keçirilib.Hüquq-mühafizə orqalarından Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı bir neçə vəzifəli şəxs, o cümlədən rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini Məhəmməd Kələşov, Ramin Şabanov, Şamil Şıxəmirov saxlanılıb və onlardan silah və narkotik götürülüb.

Hazırda əməliyyatlar davam etdirilir.

Xəbər xətti