Ana səhifə
19 Sentyabr 2018

Müsavat boşalır

Ellada Məmmədli: “Nəsib Nəsiblinin istefasına qurultay və başqanlıq seçkiləri təsir edib”

 

 

Müavat Partiyasının sıraları daralır. Partiyada olan istefaların geniş vüsət almasına baxmayaraq tarixçi alim Nəsib Nəsiblinin partiyadan getməsi mühüm itki kimi dəyərləndirilir. Qeyd edək ki, Nəsib Nəsibli özüün istefa səbəblərini açıqalamasa da, artıq pariya üzvləri məsələ ilə bağlı müxtəlif arqumentlər səsləndirirnlər. Belə ki, partiyanın hazırki rəhbərliyinə yaxın, daha doğrusu Müsavat başqanının müavini Gülağa Aslanlı N. Nəsiblinin gedişini məqsədəuyğun hesab edib. G.Aslanlı “o, xeyli müddət idi ki, partiya ilə bağlı bütün məsələlərdə susurdu"-söyləməklə N.Nəsiblinin istefasını partiya üçün elə də böyük itki hesab etməyib.

N.Nəsiblinin istefa səbəblərindən bir isə Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli tərəfindən səslənib. O, N. Nəsiblinin istefa verəcəyi barədə əvvəlcədən məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, onun istefasına qurultay və başqanlıq seçkiləri təsir edib. E. Məmmədli qeyd edib ki, N. Nəsibli Müsavat Partiyasına Arif Hacılının başqan seçilməsini qəbul etməyib. E.Məmmədli bildirib ki, qurultaydan sonra N.Nəsibli ilə aralarında danışıq olub. Həmin vaxt N.Nəsibli deyib ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Onun istefasının əsas səbəbi də məhz bu olub. E.Məmmədli bildirib ki,  N.Nəsibli ona qurultaydan sonra iki gün özünə gələ bilmədiyini deyib. O, belə olan təqdirdə partiyada qalmayacağını da deyib. “Sonra mənə zəng vurdu və Xətai rayon təşkilatına istefa müraciəti göndərmək üçün məndən məsləhət istədi. Mən də gözləməsini xahiş etdim. Çalışdım ki, bir həftə gözlədim onu. O da buna əməl etdi. Ancaq bir həftədən sonra yenidən aramızda söhbət oldu və mən onu gözlətdiyim üçün üzr istədim. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının məlum rəyindən sonra, o, dəyişən bir hadisənin baş vermədiyini görərək istefa verdi” –deyə E.Məmmədli bildirib.

 

 

Tahirə

Tarix
4 Noyabr 2014 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin