Lerikdə güclü yağış bir sıra fəsadlar törədib

17:04 - 31 May 2016 - ÖLKƏ İÇİ

 Lerik rayonunda leysan yağıb, dolu düşüb. "Report"un Cənub bürosunun məlumatına görə, yağıntı rayonun bütün ərazisini əhatə etsə də, Zuvand istiqamətində olan kəndlərdə - Cəngəmiran, Blabənd, Büzeyir, Pirəsora, Orandda, eləcə də rayonun aşağı ərazisində - Çinqədulan, Züvüc, Ordahal, Livədirgə kəndlərində daha intensiv xarakterli olub.  İlkin məlumatlara görə, dərələrdə sellər yaranıb. Taxıl zəmiləri ağırlığa tab gətirməyərək yatıb. Fərdi təsərrüfatlarda bostan bitkilərinə, kartof və digər əkinlərə də ziyan dəyib. 

Zuvand ərazisində çaya keçid üçün qoyulmuş beton boruları sel aparıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyanın sədri Habil Məlikov rayon ərazisində leysan xarakterli yağıntının olduğunu təsdiqləsə də, hələlik vətəndaşlardan hər hansı məlumatın daxil olmadığını bildirib.

Xəbər xətti