Azərbaycan müdafiə naziri "Efes-2016" beynəlxalq təlimlərini müşahidə edib

13:56 - 31 May 2016 - Xəbər

 İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.
Sonra Türkiyənin Quru Qoşunlarının komandanı ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.

Xəbər xətti