“Azərbaycanın ABŞ-la münasibətləri bütün sahələrdə rəvandır”

11:38 - 31 May 2016 - SİYASƏT

 "Azərbaycanın bütün dövlətlərlə, eləcə də ABŞ-la, Avropa dövlətləri ilə həm ikitərəfli, həm çox tərəfli münasibətləri çox rəvan, proqramlaşdırılmış, qarşılıqlı maraqlara söykənir"."Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. "Bu ölkələr sırasında da ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə Azərbaycanın münasibəti rəvandır", - Ə.Həsənov vurğulayıb.

Xəbər xətti