MN: Erməni silahlı bölmələri atəşkəsi pozub

10:57 - 31 May 2016 - Xəbər

 Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbər xətti