Kürdəxanıda tövlədən 17 qoyun oğurladılar

10:39 - 30 May 2016 - HADİSƏ

Ötən gün Bakının Kürdəxanı qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, qəsəbə sakininin tövləsindən 17 baş xırdabuynuzlu heyvan oğurlanıb. Hadisə Kürdəxanı qəsəbəsi, Meyvə-Tinlik sovxozu deyilən ərazidə qeydə alınıb. Gecə saatlarında tövləyə girən oğrular  İsmayıl Əhmədova məxsus 17 baş qoyunu aparıblar. Zərərçəkənin sözlərinə görə, oğrular tövləyə gecə saatlarında qapının qıfılını qırmaqla giriblər.
Hadisədən sonra polisə məlumat verən qəsəbə sakininin sözlərinə görə, 15-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalara başlayıblar.  
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə isə, sözügedən faktla bağlı hələlik saxlanılan olmasa da, araşdırmalar davam etdirilir.

Xəbər xətti