Xızıda müəllimləri daşıyan avtobusun aşması nəticəsində, 3 nəfər ölüb, 21-i yaralanıb - SİYAHI

08:50 - 30 May 2016 - HADİSƏ

Xızıda müəllimləri daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə “Report”a Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov məlumat verib. Onun sözlərinə görə, Siyəzən xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti qənaətbəxşdir.

***23:05
Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobusun Xızıdan Bakıya qayıdarkən qəzaya uğraması nəticəsində ölən 2 nəfər və yaralılardan 15 nəfərin adları məlum olub.
“Report” xəbər verir ki, ölənlər 1984-cü il təvəllüdlü idman müəllimi Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında işləyən 1979-cu il təvəllüdlü Dilarə Əliyevadır.
Yaralılar:
1950-ci il təvəllüdlü Abdullayev Qafar
1951-ci il təvəllüdlü Mikayılov Çaylar
1954-cü il təvəllüdlü Abdullayev Nizami
1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu
1964-cü il təvəllüdlü Mollayeva İndirra
1966-cı il təvəllüdlü Qurbanov Əsəd
1973-cü il təvəllüdlü Rəhimova Ziba
1975-ci il təvəllüdlü Fərhadova Leyla
1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı
1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə
1979-cu il təvəllüdlü Əliyeva İradə
1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə
1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə
2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird)
Feyzullayev İsmayıl

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti