Nemtsovun qətlini təşkil edən şəxs beynəlxalq axtarışa verildi

13:01 - 29 May 2016 - Xəbər

İnterpol Boris Nemtsovun qətlinin təşkilatçısı olduğu ehtimal  edilən 29 yaşlı Rusiya vətəndaşı Ruslan Muxudinov barədə axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Cinayət Polisi Təşkilatının saytında məlumat yerləşdirilib. R.Muxudinov qətl və odlu silahların qanunsuz dövriyyəsində günahlandırılır.
Qeyd edək ki, B. Nemtsov 28 fevral 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirilib. B. Nemtsov 1990-cı illərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci ildə isə müxalif düşərgəyə keçib. Qətllə bağlı ilkin istintaq başa çatıb və qətldə iştirakda təqsirləndirilən 5 nəfərə ittiham elan edilib. Qətlin sifarişçisi və təşkilatçısı ilə bağlı istintaq davam edir. Qətlin təşkilatçısının R. Muxudinova olduğu ehtimal edilir.

Xəbər xətti