Ana səhifə
16 Yanvar 2018

Rusiya banklarının Azərbaycandan maliyyə resursları cəlb etməsi gözlənilir

Rusiya banklarının Azərbaycandan maliyyə resursları cəlb etməsi gözlənilir

 

SAMİR ƏLİYEV: “İNDİKİ MƏRHƏLƏDƏ NEFT FONDUNUN VƏSAİTLƏRİNİN ORA YÖNƏLMƏSİNƏ İMKAN VERMƏK OLMAZ”

 

Rusiya banklarının Azərbaycandan maliyyə resursları cəlb etməsi gözlənilir. İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilməyə başlayanda bu ölkənin xaricdən pul cəlb edə bilməyən maliyyə institularının və şirkətlərinin həm də Azərbaycana üz tutacağı ehtimal olunurdu: “Göründüyü kimi, Azərbaycan və Qazaıxstan təsadüfən seçilməyib. Hər iki ölkənin sərbəst kifayət qədər neft pulu var. Şimal qonşumuz Neft Fondunun 1 milyard dollarlıq vəsaitinə sahib olub. Yəqin ki əsas mənbə olaraq yenə Neft Fondunun vəsaitlərinə can atacaqlar”.

Ekspertin fikrincə, əsas donorlardan biri də təbii ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ola bilər: “ARDNŞ-in maliyyə bazarına daxil olması və resurslarının bir hissəsini ora yönəltməsi bankların vəsait əldə etmək imkanın artıra bilər. Avropada çirkli pulların yuyulmasına qarşı aparılan mübarizənin son dövlər sərtləşdirilməsi və eyni zamanda Rusiyada bunun üçün əlverişli mühitin olması çirkli pulların bu ölkəyə axışmasına səbəb ola bilər”.

O qeyd edir ki, indiki situasiyada iri banklarımızın Rusiya maliyyə bazarına çıxışı üçün şanslar yaranıb: “Ancaq burda diqqətli olmaq gərəkdir. Bu vəziyyətdə ABŞ-ın və Avropanın sanksiyalarının subyekti olmaq təhlükəsi ilə üzləşə blərlər”.

S.Əliyev hesab edir ki, Rusiyaya yönələn sankisyalar dərinləşdikcə, bu ölkənin iqtisadiyatında itkilərin həcmi də artmaqdadır. Onun sözlərinə görə, valyuta ehtiyatları bu ilin sonuna qədər sürətlə aşağı düşə bilər: "Rusiyaya qarşı tətbiq edilən sanksiyalar artıq öz mənfi təsirini göstərməkdədir. "Fitch" qrupu ekspertlərinin proqnozlarına görə, bu sanksiyalar Rusiyanın Mərkəzi Bankının qızıl-valyuta ehtiyatının aşağı düşməsinə təsir edəcək. 2015-ci ildə isə bu rəqəm 400 milyard ABŞ dolları ola bilər. Bir sözlə, yaxın 16 ayda 65 milyard dollarlıq itki gözlənilir. Bu isə qızıl-valyuta ehtiyatının 15 faizi deməkdir”.

Müsahibimiz deyir ki, Rusiyanın problemləri bununla bitmir: “Neftin  ucuzlaşması ölkəyə əlavə baş ağrısı yaradıb. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin qiymətinin 110 dollardan 93 dollara düşməsi nəticəsində ixracın ildə 55 milyard dollara qədər azalmasına səbəb olacaq. Tədiyyə balansının maliyyə hesabında ÜDM-nin 2 faizi həcmində zərər yaranıb".

Ekspert, Rusiyada inflyasiya təzyiqinin getdikcə artdığını diqqətə çatdırır: "İqtisadi İnkişaf Nazirliyi 2014-cü il üzrə orta illik inflyasiya səviyyəsini 6,5 faizdən 7,4 faizə qaldırmağa məcbur olub. Dünya Bankı hətta 8 faiz həddində proqnozlaşdırıb. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 18 faizə qədər ucuzlaşaraq 32,6 rubldan 38,3 rubla düşüb. Proses belə davam edərsə, vəziyyət daha da pisləşəcək”.

İqtisadçı bildirdi ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, Azərbaycana da neqativ təsir göstərir: “Xüsusən də son günlər rus məmurlarının ölkəyə axını bizim üçün yaxşı heç nə vəd etmir. İndiki vəziyyətdə tələsmədən addım atmaq lazımdır. Hazırki məqam Rusiyaya investisiya yatırmaq üçün əlverişsiz zamandır, çünki risklər çoxdur. Buna görə də indiki mərhələdə Neft Fondunun vəsaitlərinin Rusiyaya yönəlməsinə imkan vermək olmaz".

 

Əfsun

 

 

 

Tarix
29 Sentyabr 2014 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ