Ana səhifə
20 Sentyabr 2018

III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

Ədalət Vəliyev: Bunlar dünya teatrlarındakı yeniliklərin Azərbaycan teatrına inteqrasiya olunması nöqteyi-nəzərdən çox vacibdi”

 

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azırbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığ ilə noyabrın 5-6-da Dövlət Musiqili Teatrda “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Bununla bağlı noyabrın 4-də Musiqili Teatrda mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm Nazirinin müavini Ədalət Vəliyev III Bakı Beynəlxalq Teatr Konfransının teatrsevənlərin, Azərbaycan ictimaiyyətinin və dünyanın bir çox ölkələrindən dəvət olunmuş insanların yaddaşında qalacağını bildirib: “Bu konfrans ölkəmizdə 3-cü dəfədir keçirilir. 2010-2012-ci illərdə də belə konfranslar keçirilib. Builki III Beynəlxalq Teatr Konfransına 47 dövlətdən dünyanın 150-yə yaxın nüfuzlu teatr-konsert salonlarına rəhbərlik edən, bu peşə ilə məşğul olan, sənət incəliklərini bilən görkəmli şəxsiyyətlər dəvət olunub. Qonaqlarımızdan təxminən 100 nəfəri artıq Bakıdadır. Noyabrın 1-dən gələn qonaqlarımız da var. Onlar Bakını gəziblər, görüblər və seviblər”.

 

Nazir müavini konfransın noyabrın 5-də rəsmi açılış mərasimi olacağını qeyd etdi: “Qonaqlarımızla Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Musiqili Teatrda təntənəli açılış mərasimi olacaq. Burada Beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. Bu çıxışlara Uşaq və Gənclər Assosiasiyasının prezidenti İvet Hardi, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının baş katibi Jak Trüdo, Teatr Tənqidçiləri Assosiasiyasının  baş katibi Mişel Vais, Texniki İşçilər və Memarlıq Beynəlxalq Təşkilatının prezidenti Luis Yanssen, Beynəlxaq Teatr Tətqiqatları Federasiyasının idarə heyətinin üzvü Boris Daussa Pastor qoşulacaqlar. Eləcədə də çoxlu sayda rejissorlar, dramaturqlar, teatrşünaslar iştirak edəcəklər. Qazaxıstanın və bir sıra başqa ölkələrin teatr ittifaqlarının sədrləri Azərbaycana gəlirlər. İki gün davam edən konfransda 50-dək məruzə dinləniləcək. Müasir dünyada teat, teatra gələn və teatra gedən yollar ətrafında səmərəli müzakirələr aparılacaq. Mütəxəssislər tərəfindən treninqlər keçiriləcək. İkitərəfli görüşlər baş tutacaq. Bir neçə “master klasslar” veriləcək. Bütün bunlar dünya teatrlarında  baş verən yeniliklərin Azərbaycan teatrına inteqrasiya olunması nöqteyi-nəzərdən çox vacibdi”.  

 

Ədalət Vəliyev onu da dedi ki, qonaqlara muzeylər və mədəni dəyərlərlə yaxından tanış olmaq üçün hər cür şərait yaradılıb.

 

Ə.Vəliyevin sözlərinə görə, ölkəmizə gələn xarici ölkələrin nümayəndələri öz ölkələrinin dəyərləri haqqında da məlumat verəcəklər: “Teatr sistemi Azərbaycanda və Avropa ölkələrində fərqli-fərqli sistemlərdir. Bu konfransda dəyərləndirmək sistemini bilmək bizim üçün maraqlı olacaq. Azərbaycanın inkişafı beynəlxalq səviyyədə yalnız mədəniyyətlə bağlı deyil. Bu gün iqtisadiyyat, siyasət, səhiyyə, idman və.digər istiqamətlərdə işlər aparılır. Müasir dünyada mədəniyyətlərin bir-birinə inteqrasiya olunması, bağlanması çox vacib məsələdi. Azərbaycan teatrının Kultural dəyərlər sistemində yeri, o cümlədən dünyada bu gün teatrda tamaşaçılar nəyi görmək istəyirlər,  böyük mədəniyyət deyəndə nə başa düşülür, bu gün teatrlar tamaşaçılara nəyi verə bilir və verə bilmir və s. kimi mövzulara toxunulacaq”.  

 

Konfransda iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, ABŞ Teatr rəssamı İosif Yusupov, Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau və Litva Musiqi və Teatr Akademiyasının professoru Deyvidas Staponkus konfransla bağlı sualları cavablandırıblar.

 

 

Rəqsanə

Tarix
4 Noyabr 2014 [17:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin