Ana səhifə
17 Dekabr 2018

Mətbuat Şurası 4 KİV-lə bağlı rəylər çıxarıb

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 kütləvi informasiya vasitəsi barədə məsələləri  araşdırıblar.
Öncə Azərbaycan Respublikasının Milli Məclisinin «Bastainfo.com» saytı ilə bağlı müraciətinə baxılıb. Komissiya orada yer alan «Milli Məclis  haradadır?» (15 aprel 2016-cı il) sərlövhəli yazını araşdıraraq rəyə gəlib ki, bu materialda etik prisiplərin bir sıra bəndlərinin tələbləri pozulub. Belə ki, həmin mətbu materiallarda deputatların məlum aprel hadisələri zamanı cəbhə xəttində olmamaları, dəfn mərasimlərində iştirak etməmələri, təbliğat prosesinə qoşulmamaları barədə qeyri-obyektiv fikirlərin yer alması MM üzvlərində haqlı  narazılıq doğurub. 
Komissiya bu kimi halların peşə etikasına zidd olduğunu əsas götürərək sayta gələcək fəaliyyətində belə məqamlara daha həssas yanaşmağı tövsiyə edib.
Milli Məclisin deputatı Sona Əliyevanın müraciəti araşdırılarkən komissiya üzvləri bir sıra saytlarda  etik prisiplərin tələblərinin gözlənilmədiyi, şərəf və ləyaqətin,  işgüzar nüfuzun ləkələnməsinə yönələn yazıları korporativ həmkarlıq formasında yaymaları kimi mənfi tendensiyanın mövcudluğuna diqqət çəkilib. Məktubda 30-a yaxın saytın adının yer alması bunu bir daha təsdiqləməkdədir. Mətbuat Şurası belə halların  ümumilikdə medianın nüfuzuna xələl gətirdiyini vurğulayaraq bu istiqamətdə daha kəskin tədbirlərin həyata keçirilməsini vacib sayıb.
Komissiya Bakının Yasamal rayonundakı 38 saylı körpələr evi-uşaq bağçasının «Hakimiyyət və gələcək» qəzeti haqqında şikayətini müzakirə edərək rəyə gəlib ki, mətbu nəşrə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının olunması üçün ciddi əsaslar var. Çünki şikayət doğuran yazılarda qərəz, sifariş motivləri üstünlük təşkil edir. Ümumiyyətlə bu KİV-in fəaliyyətində dönüş yaradılmasına ciddi ehtiyac duyulur.
Respublika Olimpiya İdman Liseyinin «Xeberinfo.com» saytı ilə bağlı müraciətinin müzakirəsi tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Sayt lisey barədə yazıların təqdimatını dayandırmağı, qarşı tərəfin mövqeyini verməyi öhdəsinə götürüb.  

Tarix
27 May 2016 [17:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin