Ana səhifə
25 Sentyabr 2018

Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir

Daxili siyasət kursunun mühüm istiqamətlərindən birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir

Azərbaycançılıq ideologiyası xalqın milli-mədəni kimliyini müdafiə və qoruyan hüquqi-demokratik dövlətlə insanların bütün sosial-mədəni maraqlarını birləşdirir, onların hüquqlarının qorunmasını təmin edir. Bütün azərbaycanlıların və ölkəmizdə yaşayan xalqların milli birliyini formalaşdıran qüdrətli bir fenomen kimi çıxış edir. Bu da göstərir ki, Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan hüquqi-demokratik dövlət olmaqla, hər zaman humanizm dəyərlərinə sadiqdir. 
Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdiirib. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir. Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olub. II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev deyib ki, respublikamızda gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir. Bu baxımdan dövlət başçısının 27.12.2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlibdir. Çoxşaxəliliyi və mütəmadiliyi ilə fərqlənən, mühüm və konseptual sənəd olan bu Proqramın hazırlanması prosesində müsbət beynəlxalq təcrübədən istifadə olunub. Bu sənəd həqiqi işlək xarakterə malik olmaqla, hər bir dövlət orqanı qarşısında konkret mühüm vəzifələr qoyub. Mahiyyət etibarilə 2006-cı ildə qəbul olunmuş Milli Fəaliyyət Planı və hazırkı Proqram bir-biri ilə bağlıdır və eyni zamanda yeni Proqram bir sıra yeniliklərlə zənginləşdirilib. Belə ki, 6 fəsil və 75 bənddən ibarət olan Proqramda aşağıdakı istiqamətlər üzrə konkret qanunverici və praktiki tədbirlər müəyyən olunub, onların izahı verilib:- normativ-hüquqi bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi;  dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri; insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq; proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi.
Sənəddə qadınların, uşaqların, həbs yerlərində saxlanılan şəxslərin, miqrantların, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının daha etibarlı təmin olunması, habelə hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə və digər sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülüb. Və bu zaman hüquqi aktların layihələri hazırlanarkən ölkəmizin Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməsi nəzərdə tutulub.
Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunub. Və bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi dövlət proqramlarının icrasına Milli Fəaliyyət Proqramı kontekstindən yanaşılmalıdır.
Proqrama uyğun olaraq dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması və bu sahədə institusional islahatların həyata keçirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi, hakimlərin və hakimliyə namizədlərin, hüquq mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə olunması, məhkəmə qərarlarının vaxtında və dəqiq icra edilməsi üçün icra işinin səmərəliliyinin yüksəldilməsi, habelə vəkillik institutunun gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi məsələləri mühüm istiqamətlər sırasındadır. Milli Fəaliyyət Proqramında insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi, bu sahədə beynəlxalq sənədlərin, xüsusilə də İnsan Hüquqlarına dair Avropa Konvensiyasının, işgəncələr əleyhinə Konvensiyanın dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öyrənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.
(ardı var)

Tarix
26 May 2016 [19:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin