“Vaxtında diaqnoz qoyulmasa, revmatizm erkən ölüm və əlilliyə səbəb olur”

Azərbaycanda 100 mindən çox insana əziyyət verən xəstəlik haqqında bilmədiklərimiz...

Ən qədim xəstəliklərdən biri olan revmatizm Azərbaycan əhalisi arasında da geniş yayılıb.  Revmatik xəstəliklərə sərf olunan iqtisadi xərclər cəmiyyətdə ağır yük kimi qiymətləndirilir. Bu qrup xəstəliklər birləşdirici toxumanın zədələnməsi ilə müşayiət olunur. Bəs bu xəstəliyin ilkin əlaməti nədir və xəstələnməmək üçün nələrə diqqət etməliyik? 
Azərbaycan Tibb Universtitetinin revmatoloqu, Tədris-Terapevtik Klinikanın həkimi, professor Sahib Musayevlə söhbətimizdə bu suallara cavab tapmağa çalışdıq.

-Sahib müəllim, revmatizm nədir?
- Revmatizm birləşdirici toxumaların iltihabı xəstəliyidir. Revmatizm kimi qəbul etdiyimiz xəstəliyin əsl adı revmatik qızdırmadır. Bu da erkən yaşlı gənc qızlarda və oğlanlarda çox geniş yayılıb. 
Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalar olur. 
Revmatizm xəstəliyi daha çox uşaqlıq illərində, immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları təqdirdə inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmayanda xroniki hala keçir və uzun illər tədricən inkişaf edərək, ağırlaşmalar verir.
-Bəs revmatik xəstəliklərin əsas əlamətləri nədir?
-Oynaqlarda ağrı, şişkinlik revmatik xəstəliklərin əsas göstəricilərindən sayılır. Bu, çox vaxt hərəkət məhdudluğuna və oynağın deformasiyasına gətirib çıxarır. Belə hallar müşahidə edilən insanlarda tez yorulma və əmək qabiliyyətinin aşağı düşməsi baş verir. 
Oturaq həyat tərzi də deformasiyaedici ostreartrozlara və fiziki-psixi gərginliyə səbəb olur. Həmçinin qığırdıqda finksional vəziyyətin pisləşməsinə gətirib çıxarır. Həm az hərəkət etmək, həm də həddindən artıq fiziki işlə məşğul olan insanlarda, məsələn, klassik idmançılarda da vaxtından tez  qığırdağın zədələnib sıradan çıxması halları müşahidə olunur. Bunun sonrakı fəsadı isə əllilikdir. Məsələn, revmatit artiritə vaxtında diaqnoz qoyulub müalicə olunmazsa əlliliyə gətirib çıxarır.
Əgər vaxtında diaqnoz qoyularsa, belə xəstələr uzun müddət iş qabiliyyətini saxlayır. Məsələn, sistem qırmızı qurd eşənəyi əvvələr sağalmayan xəstəliklər qrupuna aid edilirdisə, indi bu xəstəliyə vaxtında diaqnoz qoyulması o insanların sağalmasına çox böyük köməklik edir. Müasir müalicə metodlarından istifadə edən xəstələrin təxminən 20%-i sağalır. Düzgün və vaxtında diaqnoz qoyulmaması onların erkən həyatlarının itirməsinə və əlilliyə səbəb olur. 
Təkcə Avropada 100 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Bu göstərici kişilər arasında 40%, qadınlarda isə 60% təşkil edir. Bu xəstəliklər zamanı çox böyük miqdarda maliyyə xərclənir. Azərbaycan əhalisinin isə azı 1%-i revmatoit artiritli xəstələrdir. Bu, 100 min insan deməkdir. Bu insanlar diaqnoz qoyulan andan etibarən daim həkim-revmatoloqun nəzarəti altında olmalıdır. 
-Bu xəstəliyin hansı növləri geniş yayılıb?
-Son zamanlar çox geniş yayılmış revmatik xəstəliklər sırasında əsas yeri  mübadilə pozuntuları ilə müşayiət olunan xəstəliklər tutur. Bunlar arasında da əsas üstünlük padaqra xəstəliyindədir. Bu xəstəlik purin mübadiləsinin pozulması ilə ortaya çıxır. Bu xəstəliyi yaradan başlıca səbəblərdən biri yağlı yeməklərdən istifadə, spirtli içkilərin qəbuludur. Əsas əlaməti isə baş barmağın qızartılı şişməsi və dözülməz ağrılardır. Ağrının təsiri çox güclü oduğundan buna dözmək mümkün olmur. 
Son vaxtlar ətraf mühitin çirklənməsi, sosial-psixoloji vəziyyətin artması, digər tərəfdən əhali arasında həkim məsləhəti olmadan dərman vasitələrinin qəbul edilməsi (bu sistem vaskulitləri də adlanır) ciddi bir xəstəliyin yaranmasına səbəb olur. 
Cəmiyyət üçün ən ciddi problemlərdən biri birləşdirici toxumanın diffuz xəstəlikləridir. Bura əsasən sistem qırmızı qurd eşənəyi, sistem sklerozu, şarp sindromu, şiqren xəstəliyi və s. aid edilir. 
Revmatik xəstəliklər sırasında çox geniş arealı əhatə əhatə edən behçet xəstəliyidir. Bu xəstəliyin əsas əlamətləri ağız boşluğunda aftoz stomatitdir. Xəstəliklə bağlı ilkin məlumatı olmayan insanlar bu zaman  diş həkimə müraciət edirlər, amma onlar bunun əslində revmatik xəstəliyin bir əlaməti olduğunu başa düşmürlər. Gözlərin zədələnməsi zamanı da okulistə müraciət edən insanlarda belə təsəvvür yaranır ki, bu göz xəstəliyidir. Əslində bu kimi xəstəliklər nə diş xəstəliyi, nə də göz zədələnməsidir. 3-cü əlamət isə cinsiyyət orqanlarının zədələnməsidir. Bu xəstəlik qadınlarda vaginit, kişilərdə balanit kimi göstəricilərlə özünü biruzə verir. Bu zaman belə xəstələr ya ginekoloqa, ya uroloqa müraciət edirlər. Təsəvvür edin ki, uzun müddət bu xəstələr diaqnozsuz qalır. Və nəticədə çox pis fəsadlara gətirib çıxarır. Bu xəstəlik daha çox Orta Asiyada, Türkiyədə, İranda, Yaponiyada çox geniş yayılıb. 
Bəzi xəstəliklər var ki, məsələn reaktiv artiritlər, birləşdirci toxumanın diffuz xəstəlikləri xroniki xəstəliklər hesab olunur. Bu xəstəlik müşahidə olunan insanlar uzun müddət birmənalı olaraq revmatoloq həkimin nəzarəti altında olmalıdır. 
Oynaq xəstəliklərinin səciyyəvi xəstəliklərindən biri də  ostreartrozdur. Bu oynaq qığırdıqlarının zədələnməsidir. Burda az hərəkətlilik, yəni hipodinamiya, şişmanlık, endokrin xəstəliklər müşahidə olunur.  Qadınlarda manopauzadan (aybaşının kəsilməsi) sonra bu xəstəliyin baş vermə tezliyi artır.
-Oynaq xəstəliklərinin geniş yayılması və yaranma səbəbi haqda nə deyə bilərsiniz?
-Oynaq xəstəliyi 120-dən çox revmatik xəstəliyi əhatə edir. Oynağın zədələnməsi, oynaq artiriti,  ağrısı və şişkinliyi ilə müşayiət olunan bu xəstəliyin 120  növü mövcuddur ki, həmin vaxt revmatoloqa müraciət olunmazsa sonradan çox pis fəsadların baş verməsinə gətirib çıxarar.
Bir şeyi xüsusi olaraq vurğulayım ki, revmatoloq həkim  hər şeydən öncə hematoloq, pulmonoloq və nefroloq olmalıdır. Çünki bu xəstəliklərin əksəriyyəti adını sadaladığımız xəstəliklərin əlaməti kimi özünü göstərə bilər. Sonda onu da deyim ki, revmatik xəstəliklərin yaranma səbəbləri məlum olmadığına görə, onun müalicəsi yalnızca patogenetik şəkildə aparılır. 
- Bəs Azərbaycanda bu xəstəliyə dəqiq, beynəlxalq standartlara uyğun diaqnoz qoymaq mümkündürmü?
-Revmatik xəstəliklər digər xəstəliklərdən ona görə fərqlənir ki, bu xəstəliklərin bioloji zədələnmə markorları mövcuddur. Bu nə deməkdir? Yəni, bu xəstələrə dəqiq diaqnoz qoymaq üçün ən müasir immunoloji metodlardan istifadə etmək lazımdır. Əks halda, vaxtında bu xəstəliklərin düzgün diaqnostikasının, müalicəsinin və proqnozlaşdırmasının aparılması mümkün ola bilməz. Bu baxımdan Klinikamızda müasir standartlara cavab verən, yüksək keyfiyyəti ilə seçilən immunoloji, hemotoloji, mikrobioloji genetik laboratoriyamız mövcuddur. Bu da bizə vaxtında həmin xəstəliyi aşkar etməyə və bu xəstəliyə qarşı ən müasir müalicə metodlarından istifadə etməyə imkan verir. 

Emin

Tarix
26 May [19:23]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Baş həkim: “Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib”

Tibb Universitetinin şöbə müdiri: “Prostat vəzi xərçəngi ilkin mərhələdə tamamilə sağalır”

İbad Hüseynli: “O günləri xatırlamaq mənə çox ağırdır”-FOTO

2017-02-20 15:44:04

Vaqif Əsədov: “Məni də “qara siyahı”ya salmaq istəyirlər”

Əli Hüseynli: “Prezidentin sərəncamı hüquqi islahatların keyfiyyətcə yeni mərhələsidir”

“Həbsdə çürüməyim üçün hər şeyi etdilər” - Cavid Hüseynov

Baş nevroloq: “Baş ağrısı zamanı dərmanlardan hədsiz dərəcədə istifadə etməmək lazımdır”

Rəşad Sadıqov: "Mənə ləkə yaxanların hamısı axirətdə cavab verəcək" - MÜSAHİBƏ

Qurban Qurbanov: “Reynaldo ilə təkcə bu il yox, hər il danışıq aparan klublar olur”

“AtaTexnologiya” yeni «HRM360» məhsulu təqdim etdi

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.