Ana səhifə
17 Noyabr 2018

Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan xalqı və dövlətinin maraqları üzərində qurulub

Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır

İnsan hüquqlarının qorunması azərbaycançılıq ideologiyasının tərkib hissələrindən biridir. Bu istiqamətdə ölkədə ardıcıl  işlər görülür. Məsələn, mayın 20-də Azərbaycan parlamenti Heydər Əliyev Fondunun prezidenti, Milli  Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərar qəbul edib. " Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Qeyd edim ki, buna qədər də Mehriban xanım üç dəfə “Amnistiya aktı haqqında” qərar layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib və Milli Məclis də bu müraciəti çox yüksək qarşılayıb. Təkcə parlamentdə deyil, bütövlükdə Azərbaycan cəmiyyəti bu addımı yüksək qiymətləndirib. Həqiqətən də, insan azadlıqlarının qorunması ilə bağlı bu “Amnistiya aktı haqqında” qərar böyük əhəmiyyətə malikdir. Bu addım Azərbaycanla yanaşı, beynəlxalq aləmdə, o cümlədən Avropada da çox müsbət qarşılanır. Son amnistiya haqqında təşəbbüs və onun qəbul olunması da xarici medianın və insan hüquqları sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Onlar da bu addımı çox yüksək qiymətləndirirlər”. Buü sözləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, mayın 20-də Milli Məclisdə 28 May – Resbublika Günü münasibətilə qəbul olunmuş amnistiya haqqında qərar 10 min nəfərə şamil olunacaq. Bu qərar nəticəsində 3 mindən çox məhbus azadlığa qovuşacaq. Ona görə də, Mehriban xanım Əliyevanın  bu cür böyük humanist addımı hər kəs tərəfindən böyük sevinclə qarşılanır və yüksək qiymətləndirilir. " Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi və  təbliğ etməyi qarşısına məqsəd qoyan Heydər Əliyev Fondunun fəaliyyəti həm cəmiyyətimizdə, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Fond ölkəmizin inkişafına böyük töhfələr verir, bu yöndə çoxşaxəli fəaliyyət göstərir. 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi və bu yöndə mühüm layihələr reallaşdırmağı qarşısına məqsəd qoyub. Əlbəttə ki, Fondun ötən illərdə ortaya qoyduğu genişmiqyaslı fəaliyyət Azərbaycan xalqı tərəfindən dəstəklənir və Fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsləri yüksək dəyərləndirilir. Bilirsiniz ki, Heydər Əliyev Fondu respublika miyqasında, eləcə də beynəlxalq səviyyədə böyük layihələr reallaşdırır. Fond ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim edilməsi yönündə həyata keçirilən işlərə də mühüm dəstək verir.
Yəni Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan xalqı və dövlətinin maraqları üzərində qurulub. Fondun fəaliyyəti çoxşaxəli olmaqla yanaşı, eyni zamanda, o, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib. Bunun nəticəsində də dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyırlar",- Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, 
Azərbaycanın birinci xanımı milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində də geniş fəaliyyət göstərir. "Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq gərəkdir. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi, ilk Avropa Oyunları ölkəmizdə keçirildi". Azərbaycançılıq ideologiyası da özündə bunları əks etdirir.
Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanın birinci xanımının yüksək dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti nəinki ölkəmizdə, eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək səviyyədə təqdir olunur. Bunun göstəricisidir ki, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bütövlukdə, mən hesab edirəm ki, Heydər Əliyev Fondunun fəaliyyəti ölkə miqyasına sığmır. Ona görə də, Fonda beynəlxalq status verilməlidir.
Onun sözlərinə görə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. "- Bəli, bu siyasətin və müsbət ənənənin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyətində daim diqqət mərkəzində saxlayıb. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi.
Buradan da əfv sərəncamlarının, amnistiya aktlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü cəmiyyətə adaptasiya etməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.Humanizm siyasətinin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq, sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini də, qeyd etdiyim kimi, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin amnistiya aktlarının qəbul olunması təşkil edir.

Tarix
25 May 2016 [19:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin