Ana səhifə
13 Noyabr 2018

Konqresmen Barak Obamaya Azərbaycanla bağlı məktub göndərib

ABŞ konqresmeni Henri Kuellar ABŞ Prezidenti Barak Obamaya məktub göndərərək ABŞ-ın Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
 


Ucnoqta.azxəbər verir ki, Trend-in məlumatına görə, H.Kuellar Azərbaycanın strateji əhəmiyyətini qeyd edərək ölkəmizin İraq, Əfqanıstan və Serbiyadakı əməliyyatlarda vacib müttəfiq kimi iştirakını, o cümlədən Əfqanıstan əməliyyatı kontekstində önəmli nəqliyyat qovşağı olduğunu xüsusi vurğulayıb.
Eyni zamanda, konqresmen Azərbaycanın Avropa, eləcə də Türkiyə, Gürcüstan və İsrail kimi ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edib.
H.Kuellar məktubunda Azərbaycan və ABŞ arasında təhlükəsizlik və iqtisadi tərəfdaşlıq sahəsində əlaqələrin inkişafı üçün böyük potensial olduğunu yazıb. O, qeyd olunan məqamları nəzərə alaraq, geosiyasi və iqtisadi baxımdan əhəmiyyətli ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsinin prioritet olmalı olduğunu xüsusilə vurğulayıb.

Tarix
4 Noyabr 2014 [16:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin