Ana səhifə
24 Sentyabr 2018

Qarabağa ingilis marağı

Asim Mollazadə: “Böyük Britaniyanın Qarabağ narahatçılığının səbəbi həll edilməmiş münaqişələr və bölgədə yeni qarşıdurmaların yaranmasıdır”

 

 

Tofiq Abbaslı: “Rusiyanın vasitəçilikdə fəallaşması Vaşinqtonun vacib müttəfiqi kimi Londonu da hərəkətə gətirir”

 

 

Son vaxtlar böyük dövlətlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinə göstərilən “diqqət”, bu münaqişənin regonda narahatlıq mənbəyi kimi qeyd olunması ilə müşahidə olunur. Bu gün Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Dağlıq Qarabağ münqişəsinin narahatlıq doğurduğunu bildirməklə yanaşı, həm də onu qeyd edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə böyük önəm verir. Nazir vasitəçilərin fəaliyyətində proqress istədiklərini bəyanlayıb. İngiltərənin Qarabağ marağı Azərbaycan siyasi ictimaiyyətində müsbət qarşılansa da, hər hansı bir nəticə də gözlənilmir.

 

 

Millət vəkili Asim Mollazadə bildirdi ki, Böyük Britaniya Azərbaycanın Avropa Birliyində olan iqtisadi tərəfdaşıdır və ölkəmizə ən çox sərmayə qoyan bir ölkədir. Onun sözlərinə görə, Azərbaycan bu ölkə ilə bir neçə sahə üzrə əməkdaşlıq edir ki, bu da bizim ölkələrin münasibətlərinin çoxşaxəli olduğunu göstərir. Millət vəkili hesab edir ki, Londonun Qarabağ narahatçılığının səbəbi həll edilməmiş münaqişələr və bölgədə yeni qarşıdurmaların yaranmasıdır. “Ukrayna, Krımdakı hadisələrdən sonra beynəlxalq ictimaiyyət çox narahat olub. Buna  baxmayaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların immitasiyası gedir və ərazilərimizi işğal edən Ermənisatana qarşı hər hansı bir təzyiqlər yoxdur. Biz Böyük Britaniyanın Avropa məsələləri üzrə işlər nazirinin münaqişə ilə bağlı narahatçılığını məmnunluqla qarşılayırırq. Amma çox təəssüf ki, İngiltərə Minsk qrupunun üzvü olmadığına görə münaqişənin həlli ilə  bağlı proseslərdə fəal iştirak edə bilmir”.

Millət vəkili beynəlxalq aləmin münaqişə ilə bağlı çıxışalarında tərəfləri danışıqlara dəvət etmə kimi ümumi yanaşmaların olmasına da təəssüflə yanaşdı. Onun sözlərinə görə, Avropa Parlamenti də AŞPA-dan sonra münaqişə ilə bağlı müvafiq qətnamə qəbul edib. “Elə sənədlər yetərincədir. BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, bir sıra Avropa parlamentlərinin müvafiq qətnamələri var. Lakin biz bilavasitə hüquqi bir nihilizimlə rastlaşırıq ki, burada beynəlxalq hüquq normaları kobud surətdə pozulub. Azərbaycanın ərazilərini işğal etmiş qüvvəyə qarşı heç bir tədbir yoxdur. Ermənistan sülhə məcbur edilməsə, ona qarşı müvafiq sanksiyalar qəbul edilməsə, bu ölkə sülh istiqamətində heç bir addım atmayacaq. Ona görə də biz beynəlxalq ictimaiyyətdən bu münqişənin həllinə diqqətini artırması ilə yanaşı, hüququn aliliyinin bərqərar olmasının tələb edirik. Biz çox istərdik ki, Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı imzalanan müvafiq sanksiyalar, Ermənistana qarşı da tətbiq edilsin. Biz ATƏT-i öz təməl prinsiplərinə hörmətlə yanaşmağa çağırırıq”.

Millət vəkili bu mənada hesab edir ki, İngiltərənin Minsk qrupunu təsirli addımlar atmağa dəvət etməsindən də heç nə nasil olan deyil.  “Təcavüzkar sülhə dəvət edilməsə heç bir nəticə olmayacaq, yalnız danışıqların immitasiyası aparılacaq”

                                  Tofiq Abbasov

 

 

Politoloq Tofiq Abbasov dedi ki, hazırda status-kvonun saxlanılması çətinləşir. Onun sözlərinə görə, bəzi dövlətlərin Dağlıq Qarabağ probleminin həllinə artan marağı bununla bağlıdır. “Azərbaycan ilk gündən bütün maraqlı tərəfləri, o cümlədən Ermənistanı agah etməyə çalışırdı ki, status-kvo dəyişilməsi radikal transformasiyaları qaçılmaz edə bilər. Ermənistan rəhbərləri bu bildirişi qulaq ardına vurub elə “poza” tuturdular ki, guya mövcud vəziyyəti olduğu kimi saxlamağa qabiliyyətləri var. Lakin avqustun əvvəllərində təmas xəttində baş vermiş toqquşma və məhdud həcmli insidentlər Serj Sarqsyanı bir növ silkələyib düşünməyə vadar etdi. İrəvan anladı ki, istənilən dəqiqə Azərbaycanın hücum strategiyası yeritməyə imkanı olacaq və genişmiqyaslı qarşıdurma başladığı təqdirdə Ermənistanın vəziyyəti çox acınacaqlı ola bilər”.

 

Politoloq dedi ki, Paris görüşləri arxada qalandan sonra ermənilərin güc naziri Seyran Ohaniyan hətta qarşılıqlı etimadın güclənməsini gündəmə gətirir. Onun sözlərinə görə, ermənini bu addımı atmağa qorxu hissi sövq edir. Böyük Britaniyanın fəalığına gəldikdə isə politoloq bunu ionların Qafqazda uzunmüddətli maraqlarını yerşəldirmək planından əl çəkməməsi kimi dəyərləndirdi. “London tranzit rolunu oynayan Cənubi Qafqazın perspektivli biznesində iştrak etməklə Avrasiya məkanında mövcudluğunu təsdiqləyir. Digər tərəfdən Rusiyanın vasitəçilikdə fəallaşması da Londonu Vaşinqtonun vacib müttəfiqi kimi hərəkətə gətirir. Nəhayət, dünya çapında əl-ayaq atan ermənipərəst lobbinin də bu işdə izləri sezilir. Odur ki, Britaniyanın siyasi dairələri əvvəlkitək Qafqaz bölgəsində fəal geosiyasi rol oynamaq niyyətlərini bir daha gündəmə gətirməklə qlobal geosiyasi oyunda oynadıqları mühüm rolu nəzərlərə çatırmış olurlar”.

 

 

Tahirə Qafarlı

Tarix
4 Noyabr 2014 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin