Ana səhifə
23 Sentyabr 2018

Novella Cəfəroğlu: “O məhkumların amnistiyaya düşəcəyini gözləyirik”

Hüquq müdafiəçilərinin Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı öncəsi hazırladıqları siyahıda adı olan, amma azadlığa çıxmayan şəxslərin amnistiya aktına düşəcəyi gözlənilir.Bu haqda Modern.az saytına İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu bildirib.Hüquq müdafiəçisi hələ də ümidli olduqlarını vurğulayıb:
“Hazırda başladılan işlərlə bağlı Ədliyyə Nazirliyi daha geniş məlumat verə bilər. Biz də  öz növbəmizdə gözləyirik ki, əfv sərəncamı üçün hazırladığımız siyahıda adı olanlardan amnistiya aktına düşənlər olacaq. Orada məcburi köçkün məhkumlar da var. Qanunda var ki, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər amnistiyaya düşür. Hər halda gözləyirik”.
Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü ərəfəsində qəbul edilən amnistiya aktı ümumilikdə 10 min məhkumu əhatə edəcək, 3500 məhbus cəzaçəkmə müəssisəsindən azad ediləcək.

Tarix
24 May 2016 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin