Ana səhifə
19 Sentyabr 2018

Neft ucuzlaşır

Analitiklər isə neftə tələbatın artacağını proqnozlaşdırır

 

 

«Qara qızıl»ın dünya bazarında qiyməti altıncı həftədir aşağı düşür. Bu, 2002-ci ildən bəri neftin qiymətinin düşməsində ən uzun dövrdü. Bazar ertəsi Nyu-York əmtəə birjasında WTI  markalı neftin bir barrelinin qiyməti 1,78 dollar aşağı düşərək 78,78 dollar təşkil edib. Ötən həftənin cümə günü bir barrelin qiyməti isə 80,54 dollar idi.

Dünən isə Londonda İCE birjasında Brent markalı neft 1,44 faiz ucuzlaşıb. Onun bir barreli 83,56 dollara satılıb. Ekspertlər neftin ucuzlaşmasını OPEK ölkələrində və ABŞ-da hasilatın artması, Fars körfəzi ölkələrində qiymət rəqabəti, Çin və Avropa iqtisadiyyatının inkişaf sürətinin azalması səbəbindən yacağa tələbatın aşağı düşməsi ilə izah edirlər.

Xatırladaq ki, son illərdə neftin bir barrelinin qiyməti 100 dolların üstündə olub, lakin bu ilin iyununda qiymət təqribən 25 faiz aşağı düşüb. Bununla belə, analitiklərin proqnozlarına görə, neftə tələbatın artması qaçınılmazdı və qiymət yenidən qalxacaqdır.

 

Əfsun

Tarix
4 Noyabr 2014 [19:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin