Ana səhifə
21 Sentyabr 2018

Azərbaycan milli-mənəvi dəyərlərə sadiqdir

Gələcəyimizi etibar edəcəyimiz bugünkü gənclik onlara göstərilən etimadı doğruldur

 Gəncləşən, müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri diqqət və qayğı ilə əhatə olunublar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasəti azərbaycançılıq ideologiyasının tərkib hissəsidir. Bu baxımdan  «Gənclər günü»nün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, Forumlar, 2007-ci ilin möhtərəm  Prezidentimiz  İlham Əliyevin sərəncamı ilə «Gənclər ili» kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi və s. gənclərə inam və diqqətin bariz nümunəsidir.
Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə  kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır. Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam  böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. Prezident İlham Əliyevin  gənclərə qayğısı da bu məntiqə əsaslanır. «Azərbaycanı ən qüdrətli ölkəyə çevirək» çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur. Milli Məclisin gənclər və idman komitəsinin üzvü Elşad Həsənov bildirib ki, gənclərin təhsili, asıdə vaxtlarının səmərəli, maraqlı və məzmunlu təşkili, milli ədət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri  irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi ənənəvi hal alıb. Onun sözlərinə görə, son illərdə  Heydər Əliyev Fondunun, xüsusilə gənclərin və uşaqların hamisi YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən, gənclər arasında məşğulluğun və savadlılığın artırılması kimi mühüm əhəmiyyətli problemlərə həsr olunmuş beynəlxalq simpozium və konfranslar da  ölkə gəncliynin  daha gözəl sabahı üçün nəzərdə tutulan tədbirlərdir. Azərbaycan regionda yeganə dövlətdir ki, müharibə şəraitində yaşasa da iqtisadi və sosial inkişafı ilə bir çox dünya dövlətlərini üstələyib. "Təhsil ocaqlarının inşası, bərpası və yenidənqulması sahəsində də  öndə gedən ölkəmizdə yeniyetmələrin, gənclərin sağlamlığı üçün ən müasir avadanlıqlarla  təmin olunmuş müasir olimpiya kompleksləri istifadə verilib, beləliklə yeni nəslin idmana  marağı artırılıb. «2007-2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»,  «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı» (2006-2010-cu illər",  «Azərbaycan  Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə  Dövlət  Proqramı»   (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir. Dövlət Proqramlarına uyğun olaraq Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində, dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində  fəaliyyət göstərməsi əsası 70-ci illərdə, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamıdır". Hələ sovetlər birliyində 1000-dən artıq azərbaycanlı gənci ittifaq respublikalarındakı ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli  mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən Dövlət Proqramının həyata keçirilməsi beynəlxalq səviyyədə  formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasının sürətlənməsini təmin edən başlıca amildir. Milli Məclisin gənclər və idman komitəsinin üzvü Elşad Həsənov bildirib ki, bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər məskunlaşdıqları ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları kimi respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışır, onların arasında tanınmış ictimai-siyasi xadimlər, görkəmli alimlər yetişəcək. Azərbaycan vətəndaşları arasında  çoxluq təşkil edən, inkişaf perspektivləri böyük olan gənclər onlara göstərilən belə yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını  təhsildə, ictimai həyatda göstərdikləri fəallıqla bildirir, möhtərəm Prezidentimizin daxili və xarici siyasətini birlik və həmrəylikləri ilə dəstəkləyirlər.
Onun sözlərinə görə, Azərbaycan xalqı xoşbəxtdir ona görə  ki, cəmiyyətin tərəqqisində daim elmə, zəkaya, təhsilin inkişafına müstəsna diqqət göstərən Heydər Əliyev kimi lideri olub. Ümummilli liderin təhsilin inkişafına göstərdiyi diqqət ölkədə intellektual, ziyalı potensialının yetişməsində özünü göstərir.  İnsanlar arasında savadlanma prosesinin gücləndirilməsini, təhsilin cəmiyyətin inkişafındakı  rolunu daim yüksək dəyərləndirən  ümummilli lider Heydər Əliyev bildirmişdir ki, təhsil sisteminin nə qədər dəyərli olması Azərbaycanı müstəqil dövlət kimi idarə edən, iqtisadiyyatını istiqamətləndirən və  gücləndirən savadlı kadrların, təcrübəli mütəxəssislərin çoxluğundan, bacarığından asılıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafındakfı ən böyük xidmətləri azərbaycanlı oğlan və qızların keçmiş ittifaqın ən tanınmış, nüfuzlu  ali məktəblərinə göndərilməsi idi. Həmin dövrdə keçmiş ittifaqın ali məktəblərində təhsillərini davam etdirən gəncləri möhtərəm  Prezidentimiz  İlham Əliyev  « Azərbaycanın milli sərvəti» adlandırır. İqtisadi qüdrəti, milli-mənəvi dəyərlərə sadiqliyi, ordu quruculuğu və digər saələrdə aparılan islahatlarda gənclərin fəallığı təsdiqləyir ki, gələcəyimizi etibar edəcəyimiz bugünkü gənclik onlara göstərilən etimadı doğruldur. Bakıda  keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında qeyd olunduğu kimi  artıq təşkilatlanmış, mütəşəkkil gənclər ordusu vahid məqsəd uğrunda  birləşir, gələcəyə  istiqamətlənmiş dövlət siyasətinin aparıcı qüvvəsi kimi tək ölkəmizdə yox Azərbaycandan kənarda da siyasi, ictimai  fəallığını artırır. 
Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurla çalışan  gənclər və tələbə gənclər təşkilatı nümayəndələri ilə görüşü, dövlət başçımızın sərəncamına uyğun «Azərbaycan gəncliyi 2011-2015-cu illərdə Dövlət Proqramı»nın qəbulu, Gənclər Fondunun yaradılması müasir gəncliyin  dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi  dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün  əlavə islahat və layihələrin tətbiqini sürətləndirir.  Gənclərin cəmiyyətin  ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar  yaradır. Dövlət Proqramına uyğun olaraq gənclər arasında işsizlik probleminin aradan qaldırılması, yaşayış sahələri ilə təmin olunması üçün ipoteka kreditlərinin ayrılması, Azərbaycanın indiki dinamik inkişafına uyğun, ən müasir texnologiyaları idarə edəcək mütəxəssis, kadr hazırlığına diqqətin artırılması kimi mühüm amillərə əsas prioritet kimi xüsusi diqqət göstərilir. Dövlətimizin başçısı İlham Əliyev  cari ilin yanvarında  Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münamsibətilə ölkə gənclərinin biri qrupu ilə görüşündə də bu fikri xüsusi qeyd etmişdir ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin gücləndirilməsində  əsas rol oynayırlar. Vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və qoruyuruq.

Tarix
23 May 2016 [19:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin