Ana səhifə
17 Noyabr 2018

"Araz-Naxçıvan"dan yeni ittiham: "Haqsızlıqdan bezdik..."

Naxçıvanın "Araz-Naxçıvan" klubu Azərbaycan premyer-liqasında çıxışını dayandırması ilə bağlı növbəti bəyanat yayıb.

 

Ucnoqta.azVirtualaz.org-a istinadən həmin bəyanatı təqdim edirik:

"Muxtar respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırmasının səbəbi tam fərqlidir. Belə ki, "Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi.

İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi.

Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu. Xatırlayırsınızsa, hələ çempionatın II turunda "Qəbələ", IV turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi.

Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi.

Biz "Araz-Naxçıvan" olaraq çempionatı təşkil edən Peşəkar Futbol Liqasına (PFL), həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk".

 

Tarix
4 Noyabr 2014 [15:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin