Ana səhifə
20 Sentyabr 2018

İlham Əliyev iki qlobal səviyyəli bankın nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ucnoqta.az
xəbər verir ki, Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.
Azərbaycanda iqtisadi fəaliyyətin daha da optimallaşdırılması, xidmət sahəsində həyata keçirilən genişmiqyaslı islahatların, o cümlədən ölkəmizdə yaradılan “ASAN xidmət” tərəfindən görülən işlərin əhəmiyyəti vurğulandı. Bildirildi ki, Dünya Bankı Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə öz dəstəyini verməkdə maraqlıdır.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin noyabrın 4-də Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd etdi.
Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi. O, gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına və xeyli sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu toplantıda təmsil olunacağına əminliyini vurğuladı.
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirdi.

 

 

(Trend)

Tarix
4 Noyabr 2014 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin