Ana səhifə
22 Avqust 2018

Media ilə bağlı qanunvericilikdə dəyişiklik təklifi - Milli Məclisdə

“Azərbaycan media qanunvericiliyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb. Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə.Amaşov deyib ki, media qanunvericiliyinə “bloq”, “bloqger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: “Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”.

Ə.Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan Hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Tarix
16 May 2016 [17:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin