Ana səhifə
20 Noyabr 2018

Türk teatrı Bakıda

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçılarını daha bir səhnə sürprizi ilə sevindirəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə qardaş ölkənin teatr təmsilçilərinin iştirakı ilə. Belə ki, 19 may saat 14: 00-da teatrın səhnəsində Türkiyənin məşhur Türk kölgə oyunu  “Qaragöz”  tamaşası nümayiş olunacaq.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü və Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə baş tutacaq tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcəklər.
Onu da qeyd edək ki, təxminən 7 əsr  bundan əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvartın həyatından bəhs edən ”Qaragöz” tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib və hər dəfə  tamaşaçıların rəğbətini qazanıb.

Tarix
16 May 2016 [13:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin