Ana səhifə
24 Sentyabr 2018

Əbülfəs Qarayev İranın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Mayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd etdi ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir. Bu münasibətlərin inkişafına bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz daha da təkan verir. Azərbaycan və İranı ortaq tarix, mədəniyyət və din bir-birinə daha sıx bağlayır.
Nazir bu ilin aprel ayında ölkəmizin ev sahibliyi etdiyi BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Sultanifəri ilə keçirdiyi görüşü xatırladıb. Bildirdbi ki, görüş zamanı iki ölkə arasında mədəniyyət, xüsusi ilə də turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.
Əbülfəs Qarayev əlaqələrin inkişaf etdirilməsinə bundan sonra da dəstək verəcəklərini diqqətə çatdırıb.
İranın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olduqlarını vurğuladı, səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirdiklərini dedi: “Ölkələrimiz ortaq tarix, ortaq mədəniyyət və eyni adət-ənənəyə sahibdirlər. Hər dəfə Azərbaycana gələndə burada gördüyümüz inkişaf bizi çox sevindirir. Burada biz özümüzü evimizdəki kimi hiss edirik. Azərbaycan bizim üçün doğma bir ölkədir”.
İranlı qonaq rəhbərlik etdiyi təşkilatın 60-dan çox ölkədə 83 mədəniyyət mərkəzinin olduğunu vurğuladı. Bildirdi ki, bu mərkəzlərdən biri də Azərbaycanda fəaliyyət göstərir: “Son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir. İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri inkişaf edir, turist səfərlərinin sayı çoxalır. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdən ibarətdir”.
Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.

Tarix
13 May 2016 [16:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin