Ana səhifə
23 Sentyabr 2018

Zakir Həsənov Hərb Oyunları Mərkəzində olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub.
 

 

Ucnoqta.az xəbər verir ki, Nazirliyin verdiyi məlumata görə,  Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri və qərargah rəislərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin vəzifələri və məqsədi barədə brifinq təqdim olunub.
Bildirilib ki, Mərkəzin əsas məqsədi strateji, əməliyyat-strateji və taktiki səviyyələrdə, həmçinin bölük və tağım komandirləri də daxil olmaqla dünyanın ən qabaqcıl ordularında tətbiq olunan yeni texnologiyalar əsasında müasir döyüş və manevr imkanları, relyef və iqlim şəraiti nəzərə alınmaqla keyfiyyət və kəmiyyət baxımından qərarların qəbul edilməsi və dəqiqləşdirilməsi məsələlərinin öyrənilməsi üzrə zabitlərin hazırlanmasıdır.
Müdafiə Nazirliyinin rəhbərliyi Mərkəzin əməliyyat və təhlil, komandanlıq və idarəetmə sisteminin trenajorları, birləşmiş münaqişə və taktiki simulyasiya, o cümlədən yardımçı bölmələri ilə tanış olaraq Mərkəzin fəaliyyəti ilə maraqlanıblar.
Sonda Müdafiə naziri Silahlı Qüvvələrdə komanda-qərargah məşqləri və təlimlərin keçirilməsi, birlik və birləşmə səviyyəsində zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi, təlimlərin sayının artırılması, həmçinin təlimlərdə bütün döyüş hesabatlarının simulyasiya sistemi vasitəsilə yoxlanılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.

 

Bəhruz

Tarix
4 Noyabr 2014 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin