Ana səhifə
21 Noyabr 2018

Azərbaycançılıq ideologiyası həm də din amili – islamla bağlıdır

 İslam seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə, din azadlığına, etnik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir

Azərbaycanın yerləşdiyi Qafqaz regionu etnik baxımdan dünyanın ən zəngin bölgəsidir. Bu regionda etnik qrupların sərhəddi bəzən kəndlərlə müəyyən edilir. Bu etnik qruplar fərqli dillərdə danışırlar. Məsələn, 160 minlik əhalisi olan Quba rayonunda kompakt halda 10-a yaxın etnik qrup (tatlar, ceklər, yəhudilər, qırızlar, xınalıqlılar və s.) yaşayır. Azərbaycandakı bu etnik zənginlik multikulturalizmin  formalaşmasında əhəmiyyətli rol oynayıb". Bu etnik qruplar ölkənin digər xalqları ilə eyni hüquqa sahibdir. Onlar da ölkənin siyasi, sosial- iqtisadi həyatında yaxından iştirak edirlər. Unutmay1aq ki, sosial-iqtisadi zəmin olmadan hansısa mədəni və mənəvi intibahın baş verməsi qeyri-mümkündür. Bütün sahələrdə, o cümlədən mədəni və mənəvi aləmdə dirçəlişin əsasını iqtisadi amillər təşkil edir. Bu baxımdan Azərbaycanda tarixən formalaşmış multikulturalizm və tolerantlıq mədəniyyətinin iqtisadi əsasları olub, sosial-iqtisadi amillərlə şərtlənib. Sosial-iqtisadi əsaslar olmadan tolerantlığın indiki yüksək səviyyəyə çatması mümkünsüz idi. Tolerantlığa zəmin yaradan iqtisadi amillərdən danışarkən, ilk növbədə Azərbaycanın tarixi İpək yolunun üzərində yerləşməsi xüsusi  qeyd olunmalıdı. Uzaq Çindən başlayan və Avropanın qurtaracağında bitən İpək yoluna  təkcə ticarət yolu və iqtisadi məsələ kimi baxmaq olmaz. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib  ki, bu yolla həm ipək və müxtəlif  məhsullar daşınıb, həm də insanlar, fərqli dinlər və mədəniyyətlərə səyahət ediblər. Nəticədə, Azərbaycan xalqı müxtəlif mədəniyyətlərlə, dini, fəlsəfi cərəyanlarla tanış olub, hətta, bəzən onların nümayəndələrinə sığınacaq belə verib.
Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm Yaxın, həm də Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda sərbəst ticarətlə məşğul olublar. Onları ölkəmizə cəlb edən yalnız vergi güzəştləri deyil, eyni zamanda mədəni və mənəvi mühit  idi. Müxtəlif  etnik və dini qruplara  mənsub olan tacirlər heç bir ayrı-seçkiliyə məruz qalmır, rahat və təhlükəsiz şəraitdə öz inanclarına uyğun yaşayırdılar. "Bu fikri təsdiqləyən ən bariz  nümunə Azərbaycanda ticarətlə məşğul olan katoliklərin və atəşpərəstlərin ölkəmizdə öz inanclarına uyğun ibadət etmələri üçün monastır və atəşgah tikmələridir. Xəzər  dənizindən Tiflisə qədər, Dərbənddən Həmədan və Zəncana, Gilandan İraqa, Anadoluya  kimi uzanan bu ərazilərdə azərbaycanlılarla qonşuluq edən və iç-içə yaşayan onlarla  xalq  və yüzlərlə etnik qrup olub. Bu xalqlar  arasında  formalaşmış sosial-iqtisadi münasibətlər və mədəni mühit son nəticədə multikulturalizmi daha da  möhkəmləndirib.  
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, multikulturalizm və tolerantlığın formalaşmasında təbii ki, dini-mədəni amilin də  təsirini xüsusilə qeyd  etməkdə fayda var. Din insanların, ümumilikdə cəmiyyətin digər dinlərə və xalqlara münasibətini müəyyənləşdirən başlıca faktordur. Çünki insanların dünyagörüşü, əxlaqı, həyat tərzi daha  çox din əsasında  yüksəlir. Təsadüfi deyildir  ki, belə bir fikir səsləndirirlər: dini tolerant olmayan xalqın özü tolerant ola bilməz. Bəlkə də bu fikrin təsdiqinin ən gözəl nümunəsi Azərbaycan xalqı və İslam dinidir. Şübhəsiz ki, islam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Bu baxımdan, Azərbaycan xalqının tolerantlığının əsas səbəblərindən biri də din amili – islamla bağlıdır. İslamdakı multikulturalizmin, tolerantlığın səbəbini bu dinin əsas qaynaqlarında – Quran-i Kərim, Məhəmməd peyğəmbərin sünnəsi və hədislərdə axtarmaq lazımdır. Həqiqətdir ki, İslam seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə, din azadlığına, etnik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir. Təsadüfi deyil ki, hələ VII əsrdə müsəlman və yəhudilər arasındakı ictimai-iqtisadi və hüquqi münasibətləri tənzimləyən “Mədinə müqaviləsi” bu gün də istənilən konfessiyalararası məsələlərə həsr edilmiş beynəlxalq müqavilə üçün normativ baza rolunu oynaya biləcək qədər müasirdir.  Onun sözlərinə görə, dinimizə görə bütün insanlar və millətlər bərbərdir, ali irq, ali millət anlayışı yoxdur.  İslama görə əsl müsəlman əlindən, dilindən başqasına ziyan dəyməyən insandır. Tarixdə müsəlmanlarla digər dinlərin  mənsublarının birgə fəaliyyətinə, əməkdaşlığına və eyni şəhərdə, kənddə qarşılıqlı hörmət şəraitində yaşamalarına dair minlərlə fakt  mövcuddur. "Mənbələrdən əld olunan maraqlı bir  məqamı qeyd  etməkdə  fayda var. Belə ki, Raşidi xəlifələrin dövründə bir kilsənin ərazisinin bir hissəsi zəbt olunur və orada məscid inşa edilir. Xristianlar məhkəməyə müraciət edirlər və nəticədə məhkəmənin qərarı il məscid sökülür, həmin ərazi yenidən kilsəyə qaytarılır. Bütün qeyd olunanlar göstərir ki, islamın dözümsüz din olduğunu söyləmək ən azından ədalətsizlikdir",- YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib Onun sözlərinə görə, islamdan gələn bu cür dözümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla  çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilib. "İslam Azərbaycan xalqının ondan öncəki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir. Bunun nəticəsidir ki, islam Azərbaycanda yayıldıqdan sonra Qafqazda tikilmiş ilk kilsə olan Şəkidəki Kiş məbədinin ətrafında bir nəfər də olsun xristian yaşamamış, amma Azərbaycan xalqı onu qoruyaraq bu günədək gətirib çıxarıb. Yaxud İslamın Azərbaycanda ən güclü olduğu dövrdə, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfindən məşhur Atəşgah məbədi tikilib. 
Azərbaycan xalqının multikultural mədəniyyəti həm də onun özünəxas dini dərki ilə bağlıdır. Digər müsəlman xalqlarından fəqli olaraq, biz islamı sufilərdən əxz etmişik və bunun nəticəsidir ki, bizim dini baxışımızda yaradana xatir sevən, inancından asılı olmayaraq, kamil insan  yetişdirməyi qarşısına  məqsəd qoyan irfan mədəniyyəti daha  üstündür",- YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.  Onun sözlərinə görə, yaradılana bəslənən sevgi bütün məxluqatı əhatə edir və o, dinlərin məzhəblərin fövqündədir. Odur ki, azərbaycanlılar məscid, kilsə, sinaqoq fərqi qoymadan, bütün dinlərin məbədlərinə Allah evi kimi yanaşır, onu tikdirəni isə xeyirxah adam kimi qəbul edirlər. Təsadüfi deyildir ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev hazırda  Qafqazın ən böyük rus-provaslav kilsəsi olan Mironosets məbədini tikdirəndə müsəlmanlar onu nəinki qınamayıb, Bakıda Aleksandr Nevski kilsəsi inşa edilən zaman onun tikintisində yaxından iştirak ediblər.

Tarix
12 May 2016 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin