Ana səhifə
20 Sentyabr 2018

“Oyuq”çuların növbəti uğuru

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları daha bir möhtəşəm tədbiri reallaşdırdı. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, belə ki, mayın 10-da studiyanın təqdimatında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tamaşa və təntənəli konsert proqramı nümayiş olundu.
Komik  hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca tamaşaçıların coşğusu ilə müşayiət olundu.
Maraqlı səhnə həlli verilən səhnə işinin  müəllifi Səidə Haqverdiyeva, rejissoru  Cəmilə Allahverdiyeva, rəssamı isə İqbal Əliyevdir. 

Anşlaqla keçən  tamaşa-konsertdə studiyanın istedadlı üzvləri İbrahim Bakıxanov, Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Nigar Xanmirzəyeva,  Nəzrin Xəlilova, Nuray Rəhman, Dəniz Mənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova  və başqaları çıxış edirdilər.  Tədbirə aparıcılığı bu dəfə də balacaların sevimlisi aktrisa Ülviyyə Əliyeva edirdi. 
Xatırladaq ki, balaca “Oyuq”çuların ümummilli liderə sevgi nümayişi olan konsert-tamaşa artıq üç ildir ki, reallaşır və hər  dəfə də yeni tamaşası, rəngarəng konsert proqramı ilə yadda qalır.

Tarix
11 May 2016 [17:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin