Ana səhifə
19 Sentyabr 2018

Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır

 Ölkəmizdə  keçirilən müxtəlif istiqamətli beynəlxalq tədbirlərə  ev sahibliyi edən Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindəndir

Azərbaycançılıq həm də ölkgmizin iqtisadi qüdrətinin artırılması deməkdir. Azərbaycanın iqtisadi gücü nə qədər artıq olsa, onun beynəlxalq arenada  bir o qədər  də mövqeyi möhkəm olar.Azərbaycanın iqtisadi inkişafını təmin edən amillərdən biri  isə yaradılmış biznes və investisiya mühitidir. Ölkəmizin etibarlı  tərəfdaş olması, investorların  hüquq və əmanətlərinin  qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici  sahibkarlara bərarbər şəraitin yaradılması nəticəsində iqtisadiyyata  180  milyard dollara yaxın  investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır. İqtisadi  qüdrəti artmış Azərbaycan artıq  xarici investisiya yatıran ölkəyə çevrilib. Ölkəmizin uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya  İqtisadi Forumunun  hesabatına əsasən Azərbaycan  son illərdə ardıcıl olaraq  MDB ölkələri arasında  liderliyini qoruyub saxlayıbdır.
Müstəqilliyin atributlarından sayılan Silahlı Qüvvələrin  formalaşdırılması, hərbi islahatların  aparılması, bu gün qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Cənab İlham Əliyev müdafiə qabiliyyətimizin gücləndirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bu gün böyük iftixar hissi ilə  deyirik ki,  Milli Ordumuz respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını ləyaqətlə qoruyur. Milli Məclisin deputatı Ağalar Vəliyev bildirir ki,diplomatik uğurlarımızın da miqyası genişdir.  Şərqi Avropa qrupundan ən nüfuzlu təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 155 səs üstünlüyü ilə seçilməsi Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə yazıldı. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmiz Avropa Qonşuluq və «Şərq tərəfdaşlığı» kimi çoxtərəfli  formatın iştirakçısıdır. Azərbaycan sivilizasiyalararası dialoq məkanı kimi də maraq doğurur. Ölkəmizdə  keçirilən müxtəlif istiqamətli beynəlxalq tədbirlərə  ev sahibliyi edən Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindəndir.  Bakıda və bölgələrdə keçirilən Mədəniyyətlərarası Dialoq Forumları,   din və dövlət mövcusunda  beynəlxalq konfranslar, Qəbələdə beynəlxalq müsiqi festivalları,  ötən il ölkəmizin  birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və s kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun təqdimatlarıdır. Azərbaycanın uğur səlnaməsinə yazılan göstəricilərin, hadisələrin kiçik bir qismini sadalamaqla bir daha bildirmək istəyirik ki, dünyanın heç bir ölkəsində respublikamızın qazandığı uğurlarla müqayisə olunacaq inkişaf  qeydə alınmayıb. Prezident İlham Əliyev qarşıdakı hədəfləri düzgün müəyyənləşdirərək bildirir ki, Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Bütün bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır.
 Onun sözlərinə görə, Azərbaycanın  əlverişli coğrafi ərazidə  yerləşməsi də ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Şərq və Qərb, Asiya və Avropa arasında yerləşdiyinə görə Azərbaycanda əsrlər boyu multikultural cəmiyyət mövcud olub,  müxtəlif  millətlərin və dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar. Ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdə iştirak edən qonaqlar bu həqiqətin şahidi olmaqla Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinə  heyranlıqlarını da etiraf etmişlər. Azərbaycan daha bir  möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki,  25-27 aprel tarixlərində Bakıda dünya ölkələrini təmsil edən 2000 nümayəndənin iştirakı ilə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bir sıra yenilikləri ilə fərqləndi.  «İnkuliziv cəmiyyətlərdə birgəyaşama: Çağırış və  məqsəd» şüarı altında baş tutan 3 günlük  Forum çərçivəsində ilk dəfə biznes simpoziumu təşkil olundu. Belə mötəbər tədbir üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki  davamlı inkişaf mərhələsinə qədəm qoyan, yeni siyasət yürüdərək  inkişaf etmiş dövlətlərlə sıx əməkdaşlıqda maraqlı olan  Azərbaycanın dünya  birliyində möhkəmlənən mövqeyi, güclənən rolu artır.
Milli Məclisin deputatı Ağalar Vəliyev bildirir ki,  ölkəmizin  səsinin ən yüksək tribunalardan  eşidilməsi  gərgin əməyin və düşünülmüş siyasətin nəticəsi olmaqla  diplomatiyada qazanılan uğurun məntiqi nəticəsidir. Müasir dövrdə  cəmiyyətlərin birgəyaşayış çağırışları və məqsədlərinin müzakirəsinə həsr olunan Forumlarda multikulturalizmin inkişafında Azərbaycan təcrübəsinin təbliğinə geniş yer verilməsi də ölkəmizə maraqdan yaranır.  Bu sahədə  böyük  təcrübəyə malik  paytaxtımızda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin «Multikulturalizm ili» elan edilməsi  mədəni müxtəlifliyin öyrənilməsində tətbiq olunan metodlar xalqımızın zəngin mənəvi irsindən qaynaqlanır. Bu günədək  respublikamızda Beynəlxalq Humanitar forumlar, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasında təmsil olunan ölkələrin mədəniyyət nazirlərinin də dəvət olunması,  «Bakı prosesi”»nin davam etdirilməsi  qarşılıqlı əməkdaşlıqda maraqlı olan Azərbaycanın sülhsevər siyasətinin uğurudur. Dünyanın belə qarışıq zamanında,  xüsusilə  Şərq ölkələrində gərginliyin, qarşıdurmaların gücləndiyi, terror hadisələrinin artdığı,  qlobal problemlərin doğurduğu məsələlərin müzakirəsinə ehtiyac duyulduğu bir vaxtda   multikulturalizmin müsbət gələcəyi ilə bağlı  dəyərli fikirlərin, təkliflərin müzakirəsinə daha çox tələbat var.  Onun sözlərinə görə, qloballaşan müasir dünyamızda  qəbul olunan yeni ideologiyaların təbliği, problemlərin elmi, XXI əsrin çağırışlarına uyğun müasir texnologiyalardan istifadə etməklə aradan qaldırılması dünya ictimaiyyətini düşündürən vacib məsələlərin müzakirəsi üçün  Azərbaycanın seçilməsi ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına da eyni məsuliyyətlə hazırlaşır. Bir sözlə,  Şərq və Qərb dəyərlərinin sintezi, Azərbaycanın demokratiya modelinin xüsusiyyətləri ölkəmizə marağı artırmaqla sübut edir ki,  bəşəri dəyərlərə  ictimai-siyasi inkişafın əsas istiqamətləri kimi diqqət göstərilir. Multikultural cəmiyyətin formalaşması  Azərbaycanın  dövlət siyasəti, həyat tərzidir.
Sonda onu da vurğulamaq istərdim ki, bir neçə gün öncə cəbhə bölgəsinə səfəri çərçivəsində erməni təxribatlarının nəticəsində dağıdılmış evləri nəzərdən keçirməsi, bu təxribatlardan ziyan çəkmiş kənd sakinləri ilə görüşü, mülki vətəndaşlarla səmimi və mehriban ünsiyyəti, hərbiçilərlə görüşündə yenilməz sərkərdə obrazının ifadəsi  Prezident İlham Əliyevin xalqımızın əvəzsiz lideri Ulu öndər Heydər Əlyevin layiqli davamçısı olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. 

Tarix
11 May 2016 [19:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin