Ana səhifə
21 Aprel 2018

Rus pulu "ölməyə" davam edir

Moskva valyuta birjasında alqı-satqı əməliyyatları başlanarkən Rusiya rublunun dollara nisbətən məzənnəsi (USD/RUB) 1998-ci il denominasiyası dövründən ilk dəfə olaraq 40 göstəricisini keçərək 40,04-ə çatıb (USD/RUB = 40,04). Rusiya rublunun avroya nisbətən məzənnəsi isə 50,15-dək artıb (EUR/RUB = 50,15)
Rusiya Mərkəzi Bankının məlumatına əsasən, 55 faiz dollar və 45 faiz avrodan ibarət qoşa valyuta səbəti 0,14 rubl bahalaşaraq 44,6 rubla çatıb.
Cümə günü Rusiya Mərkəzi Bankı rublun məzənnəsini sabitləşdirmək üçün əlavə valyuta ehtiyatı xərcləməli olub. Xəbər verildiyinə görə, görülmüş tədbirlər sırasında, o cümlədən, qoşa valyuta səbəti üçün "valyuta dəhlizi" 44,50 rubladək genişləndirilib.
Qeyd edək ki, rublun qiymətinin düşməsinə Rusiyadakı siyasi vəziyyət təsir edir.
"Biz hazırda rubl üçün mənfi olan hadisələrin mərkəzindəyik. Həm sanksiyalar, həm də administrativ-siyasi sferada qeyri-müəyyənlik, kapitalın hərəkətinə mümkün məhdudiyyətlər barədə şaiyələr - bunların hamısı rubla təsir edir"- deyə iqtisadçı Vladimir Osakovski bildirir.
Ancaq o hesab edir ki, neftin qiyməti uzun müddətə və böyük fərqlə aşağı enməzsə, rublun vəziyyəti hədsiz pisləşməyəcək.
Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev isə təşvişə düşməməyə çağırıb.
"İnfilyasiya nəzarət altında olacaq və böyük hesabla, kursun necə olmasının fərqi olmayacaq"- deyərək Moiseyev bədbin proqnozdan geri qaçıb.
Xatırladaq ki, Ukraynada böhran başlayandan bəri rubl dollar və avroya nisbətdə xeyli ucuzlaşmağa başlayıb. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra isə rublun enməsi daha da sürətlənib. Sentyabrın ortalarından başlayaraq Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Həmin sanksiyalar Rusiyanın enerji nəhəngləri Rosneft, Transneft və Qazprom neft, o cümlədən beş banka aid edilib. O zaman dolların kursu uzun illər ərzində ilk dəfə 38 rubl səviyyəsini keçmişdi.

 

Tarix
7 Oktyabr 2014 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ