Ana səhifə
25 May 2018

Gürcüstanda iki azərbaycanlı media təmsilçisinə “Əməkdar jurnalist” adı verilib

Əflatun Amaşov iki qrum adından onları təbrik etdi

Gürcüstanda iki azərbaycanlı media təmsilçisinə “Əməkdar jurnalist” adı verilib. Mətbuat Şurasından ucnoqta.az-a verilən məlumata görə, yüksək dövlət təltifinə layiq görülənlər Şahvələd Eyvazov və Binnət Məmmədovdur. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri və Mətbuat Şurasının sədri Əflatun Amaşov bu hadisəni yalnız gürcüstanlı həmkarlarımızın çoxillik səmərəli fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda qonşu ölkədə həmkarlarımıza həssas yanaşmanın nümunəsi kimi dəyərləndirib.
O bildirib ki, hər iki jurnalisti yaxından tanıyıram, həyat və yaradıcılığına bələdəm. Belə istedadlı insanlar gördüklərini, şahidi olduqlarını yüksək peşəkarlıqla qələmə almaqla kifayətlənmir, eləcə də iki xalqın tarixən formalaşan səmimi münasibətlərinin, dostluq körpüsünün möhkəmlənməsinə misilsiz xidmətlər göstərməyi özlərinin mənəvi borcu hesab edirlər.
Şura sədri deyib ki, mükafatlandırılan jurnalistlərin fəxri ada altmış yaşın tamamında layiq görülmələri onların zəhmətlərinə Gürcüstan dövləti səviyyəsində verilən yüksək qiymətdir. “Şahvələd Eyvazovu boya-başa çatdığı və yaşadığı Tbilisi şəhərindən tanıyıram. Kifayət qədər məşhur foto jurnalistdir. O, 24 ildir ki, ABŞ-ın “Assoşeyted Press” İnformasiya Agentliyinin Qafqaz bürosunun əməkdaşıdır. Fotoları və yazıları Osetiyada, Abxaziyada, ən başlıcası isə Dağlıq Qarabağda nələrin baş verdiyi barədə minlərlə oxucuda aydın təsəvvürlər yaradıb.
Binnət Məmmədova gəldikdə isə həmkəndlimdir, Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları ən iri yaşayış məntəqələrindən olan Faxralıdandır. “Gürcüstan”da işləməklə bərabər “Regionpress” qəzetinin də rəhbəridir. Yüzlərlə publisistik yazının müəllifidir. Bir çox istedadlı gəncə jurnalist peşəsini sevdirib”.
“Bu, çox yaxşı xəbərdir”, - deyə sevincini bölüşən millət vəkili dost ölkədə belə ənənənin davamlı olacağına əminliyini bildirib və hər iki qələm sahibinə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun və Azərbaycan Mətbuat Şurasının təbriklərini çatdırıb.

Tarix
11 May 2016 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin