Ana səhifə
19 Sentyabr 2018

Vasif Talıbov Qarabağın oyununa baxıb şok qərar qəbul etdi

Vasif Talıbov "Araz-Naxçıvan"ın fəaliyyətinin dayandırması göstərişini verib

 

 

Bu gün səhər saatlarında fəaliyyətini dayandıran Premyer Liqa klubu "Araz-Naxçıvan"ın ölkə futbolunda şok effekti yaradan addımının səbəbi məlum olub.

 

Ucnoqta.az” xəbər verir ki, Arqument.az-ın əldə etdiyi məlumata görə, komandanın dağılamasının əsəs səbəkarı Hakimlər Komitəsidir.

 

Məlumatda bildirilir ki, carı mövsüm başlayandan bəri hakimlərin qərəzli idarəçiliyinin qurbanı olan klubun səbr kasası dolub və rəhbərlik səviyyəsində məsləhətləşmələrdən sonra belə qərar qəbul olunub.

 

Mənbə onu da bildirir ki, "Araz-Naxçıvan"ın Premyer Liqadakı oyunlarını izləyən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov kluba qarşı hakimlərin haqsız mövqeyinin şahidi olsa da, müəyyən müəddət ərzində gözləməyi lazım bilib. Lakin son turda "Qarabağ"la matçda rəqib komandanın vurduğu dördüncü qolda yan hakimin kobud səhvindən əsəbləşən Vasif Talıbov komandanın fəaliyyətinin dayandırması göstərişini verib.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" klubunun məqsədi yalnız yerli futbolçulardan ibarət komanda yaratmaq idi və heyətdə yalnız azərbaycanlı futbolçular təmsil olunurdu.

Tarix
4 Noyabr 2014 [12:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin