Ana səhifə
23 Sentyabr 2018

Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur

Ümummili lider süverenliyimizin etibarlı qarantına çevrildi
 
"Azərbaycanın 25 ilə yaxın müstəqillik dövründə keçdiyi inkişaf yolunun təhlilini vermək hər zaman  günümüzün tələbidir. Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaos, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarşıdığından torpaqlarımızın işğalı da  davamlı hal almışdır. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdır. Azərbaycan haqqında məlumatsızılıq erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı". Buneları Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.  Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən ulu öndər  Heydər Əliyev idi. Milli dövlətçilik  salnaməsinə qızıl hərflərlə yazılan tarix - 15 iyun 1993-cü il xalqı böhrandan, ağır durumdan xilas edən gün oldu. O gündən etibarən müstəqilliyimizin əbədi olması üçün böyük xidmətlər göstərən dahi şəxsiyyət  Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, süverenliyimizin etibarlı qarantına çevrildi. Onun sözlərinə görə, dünya iqtisadiyyatına uğurla inteqrasiya edən ölkəmizin iqtisadi qüdrətinin  yüksəlməsi naminə ümummilli liderin həyata keçirdiyi inkişaf strategiyasının daha da təkmiləşdirilməsi nəticəsində bu gün Azərbaycan tək neft-qaz hasil və ixrac edən ölkə kimi deyil, rəqabətədavamlı  iqtisadiyyata malik respublika kimi də tanınır. "Ulu öndərin uğurlu daxili  siyasəti nəticəsində ölkədə yaradılan sabitlik  1994-cü ildə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin imzalanmasına yol açdı. Azərbaycanın gələcəyinə inamın artması fonunda  ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycan əməkdaşlıq məkanına çevrildi. Məhz müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi altında  milli maraqlara əsaslanan xarici  siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və tannımış beynəlxalq təşkilatları  ilə qarşılıqlı, etimad və inama əsaslanan ikitərəfli  münasibətlər formalaşmış, inkişaf etmiş, təkmilləşmişdir",-deputat deyib.
Ağalar Vəliyev bildirib ki, iqtisadiyyatı tənəzzülə düçar olan, işsizlik və inflyasiyanın törətdiyi problemlər  içərisində qalan Azərbaycanı hakimiyyətə qayıdışı ilə  çətinliklərdən xilas edən ulu öndər siyasəti, müdrikliyi, dövləti idarəetmə təcrübəsi ilə qısa müddətdə   xalqı əziyyətlərdən qurtardı. "Onun  rəhbərliyi ilə  ölkəmizin gələcək inkişaf yolu  müəyyənləşdirilmiş,  apardığı islahatlar nəticəsində  misilsiz nailiyyətlər qazanılmış, dünya  birliyinə  yolun parametrləri  dəqiqləşdirilmişdir. Onun elə bir ölkəyə səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin əsil mahiyyətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Ulu öndər Heydər Əliyevin  səyləri nəticəsində diaspor quruculuğu prosesi  həyata keçirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm addımlar atıldı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi bu birliyə, həmrəyliyə böyük töhfə oldu. Ulu öndər Heydər Əliyev ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olmasını vacib amil kimi önə çəkdi.  Bir faktı da qeyd edək ki, hərbi kadrların hazırlığı istiqamətində də ilk addımlar ümummilli liderin Azərbaycana hakimiyyətinin birinci dövründə atılmışdır. Onun gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi lisey yaradılmışdır",-deputat deyib.
Ağalar Vəliyev  deyib ki, dahi şəxsiyyətin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin miqyası böyükdür. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanın bu istiqamətdə atdığı addımlar da göz qabağındadır. Azərbaycanın demokratiya yolu heç də hamar olmayıb. Bütün təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti Azərbaycanın bu istiqamətdə də yoluna işıq salmış, bütün maneələr dəf olunmuş,  demokratik dəyərlərə sadiqliyinin təsdiqi kimi  ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın müstəqilliyinin daimi, əbədi olması, bir dövlət olaraq dünya birliyində layiqli yer tutması,  müasir, demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, müasir idarəetmə üsullarının tətbiqi   ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi  dövrlərdə  müstəqilliyimizin əbədiliyi, canından artıq sevdiyi Vətəninin inkişafı  naminə bütün çətinliklərə qalib gələn müdrik siyasətçi,  təcrübəli  dövlət başçısı kimi  fəaliyyəti təcrübə məktəbi olan ümummilli lider Heydər Əliyev irsi gələcək nəsillər üçün də örnəkdir. 
Son 12 ildə  ulu öndər Heydər Əliyevin siyasətinin Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. "Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün  müstəqil Azərbaycan demokratik və bəşəri  dəyərlərin bərqərar olduğu dövlət, dünya  birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkə, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınır və nüfuz qazanır.  Tarix baxımından o qədər də böyük olmayan son on iki il ərzində Azərbaycan keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuş,  etibarlı  tərəfdaş kimi, dünyada  yüksək nüfuza malik ölkəyə, regionun bütün iqtisadi və siyasi  məsələlərinin  həllində əvəzolunmaz iştirakçıya və  əsas söz sahibinə çevrilib.  Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı  və aparıcı iştirakçısıdır.  Kosmik klubun üzvüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Qeyd etdiyimiz kimi, beynəlxalq əhəmiyyətli konfransların, forumların keçirildiyi bir məkandır. Hətta dünyanın  iri dövlətlərinin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji  təhlükəsizliyin təmin olunması istiqamətində  qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Əhalinin həyat səviyyəsi davamlı olaraq  yüksəlir. Ölkəmizin  sosial-iqtisadi inkişafına  ciddi töhfələr verən məqsədli Dövlət Proqramlarının icrası  əldə olunan nailyyətlərin  əsasını təşkil edir. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan biri-birindən əhmiyyətli addımların nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölməninin payı 85 faizdən yüksəkdir. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atılır.  Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizdən  çoxunu təşkil edir. 
(ardı var)

 

Tarix
10 May 2016 [19:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin